• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İtaliya Fransaya 1954-cü ili xatırlatdı - ŞƏRH

Dünya futbolu

12-09-2024, 12:0

Almaniyada bu yay keçirilən qitə çempionatında mübarizəni uyğun olaraq yarımfinalda və 1/8 finala dayandıran Fransa və İtaliya yığmalarının oyununa maraq böyük idi. Parisdə keçirilən matçın nəticəsi ev sahibləri üçün uğursuz oldu.

Halbuki oyun “üçrənglilər” üçün əla başlamışdı: hakimin start fiti yenicə səslənmişdi ki, topu Di Lorentsodan alan Barkola cərimə meydançasına daxil olaraq tirin altından tora göndərdi. İtalyanlar belə başlanğıcdan sonra heç də özlərini itirmədilər. Əksinə hücuma atılaraq cavab qolunu vurmağa yaxın oldular. Frattezinin baş zərbəsi tirə dəydi, Retegi isə dönən topu tora sala bilmədi. Tezliklə Donnarumma Mbappenin yaxın məsafədən ikinci qolu vurmasına mane oldu. Apenninlilərin növbəti hücumlarında Tonalinin rolu böyük idi. “Nyukasl”ın yarımmüdafiəçisi 30-cu dəqiqədə Dimarkonu zərbə mövqeyinə çıxardı, o isə qapının uzaq yuxarı küncünü dəqiq nişan aldı.

Luçano Spallettinin fasilədən sonra Pelleqrinini Raspadori ilə əvəzləməsi tez nəticə verdi: “Napoli”nin hücumçusunun başladığı hücumu Retegi davam etdirdi və Frattezi qonaqları önə keçirdi. 74-cü dəqiqədə Raspadori özü hesabı dəyişdi – 1:3.

Qrupun digər matçı isə favoritin inamlı qələbəsi ilə sona çatdı. Qeyd edək ki, Belçika yığması İsraili neytral meydanda qəbul etdi. Bunun səbəbi Belçikanın hakim dairələrinin məlum səbəbdən israillilərlə oyunu təşkil etmək istəməməsi ilə bağlı idi. Yerli futbol qurumunun problemli məsələni UEFA ilə müzakirəsindən sonra matçın Macarıstanın Debretsen şəhərində təşkilinə qərar verilmişdi. “Nadyerdei” stadionunda bağlı qapılar arxasında baş tutan oyunun ilk yarısı bərabər mübarizə şəraitində keçdi və 1:1 hesabıyla bitdi. Lakin fasilədən sonra təşəbbüsü tamamilə ələ alan belçikalılar iki qol vurmaqla qələbə qazandılar. Opendanın penaltidən yararlana bilmədiyini də qeyd edək.

A liqası, 2-ci qrup
1-ci tur
Fransa - İtaliya 1:3 (1:1)

Fransa: Menyan, Kloss (Kunde, 77), Saliba, Konate, T.Ernandes, Fofana (Kone, 58), Kante (Zair-Emeri, 77), Olise (Dembele, 58), Qrizmann (Türam, 77), Barkola, Mbappe.
İtaliya: Donnarumma, Kambyaso, Di Lorentso, Bastoni, Kalafyori (Buoncorno, 71), Dimarko (Breşianini, 81), Tonali, Frattezi (Udoci, 61), Riççi, Pelleqrini (Raspadori, 46), Retegi (Ken, 81).
Qollar: Barkola, 1 (1:0). Dimarko, 30 (1:1). Frattezi, 51 (1:2). Raspadori, 74 (1:3).
Vərəqələr: Retegi, 49. Kone, 60 - sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
6 sentyabr. Paris. 44956 tamaşaçı.

Belçika – İsrail 3:1 (1:1)
Belçika: Kastels, De Kuyper (Debast, 64), Teate, Fas, Kastan, Onana, Tilemans (Engels, 73), Lükebakio (Bakayoko, 81), De Bruyne, Dokyu (Düranvil, 73), Openda (De Ketelare, 64).
İsrail: Cerefi, Yehezkel, Şlomo, Naxmias, Qropper (David, 64), Qandelman, Lavi, Abu Fani (Caber, 68), Qlux (Perets, 64), Solomon (Biton, 80), Xalayli.
Qollar: De Bruyne, 21 (1:0). Kastan, 36-öz qapısına (1:1). Tilemans, 48 (2:1). De Bruyne, 52-p. (3:1).
Openda 56-cı dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Abu Fani, 33. De Bruyne, 77 - sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
6 sentyabr. Debretsen. Tamaşaçısız.

2-ci tur
Fransa – Belçika 2:0
Kolo Muani, 29. Dembele, 57.
İsrail – İtaliya 1:2
Əbu-Fani, 90 – Frattezi, 38. Ken, 62.

1. İtaliya 2 2 0 0 5-2 6
2. Fransa 2 1 0 1 3-3 3
3. Belçika 2 1 0 1 3-3 3
3. İsrail 2 0 0 2 2-5 0


Faktlar
* İtaliya səfərdə Fransaya 1954-cü ildən sonra ilk dəfə qalib gəldi. Həmin matç da apenninlilərin 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.
* İtaliya rəsmi oyunda Rusiya yığmasından sonra səfərdə Fransaya 3 qol vurmaqla qalib gələn ilk komanda oldu. Şimal qonşularımız 1999-cu ildə “Stad de Frans”da keçirilən matçda 3:2 hesablı qələbə qazanmışdı.
* 14-cü saniyədə hesabı açan Barkola 1933-cü ildən sonra Fransa yığmasının tarixinə ən erkən qolun müəllifi kimi düşdü. “Opta Sports”a əsasən, milli komanda həmin ilə qədər üç matçda hesabı ilk dəqiqədə açsa da, qolların konkret hansı saniyələrdə vurulduğu haqda dəqiq məlumat yoxdu. “Stats Foot” isə Barkolanın qolunun yığma tarixində ən erkən olduğunu iddia edir.
* Mbappe milli formada keçirdiyi son 7 oyunda yalnız bir qol vurub. O, bu yay keçirilən Avropa çempionatının Polşa ilə oyununda (1:1) qapıya penalti ilə yol tapmışdı. Ümumiyyətlə, “Real”ın hücumçusu bu il yığmada keçirdiyi 10 oyunda 2 qol vurub.

Oyundan sonra
Didye Deşam, Fransa yığmasının baş məşqçisi:

“Faktlara diqqət yetirmək lazımdı. Biz matça çox yaxşı başladıq, ilk dəqiqələrdən yaxşı işlər gördük, lakin yüksək səviyyəli oyunu matçboyu oynaya bilmədik. Rəqib səhvlərimizi bizə bağışlamadı. Topla oynamaq bacarığımız kifayət qədər yüksəkdi. İtaliya çox yaxşı təşkilatlanmış komanda kimi oynadı və meydanda buraxdığımız boş zonalardan məharətlə yararlandı. Mən həmişə nəticəyə görə məsuliyyət daşımışam, indi də daşıyıram. Düşüncələrimi və gördüklərimi futbolçulara çatdırıram. İndi ən yaxşı formamızdan uzaq olduğumuzu etiraf etməliyəm. İkinci hissədə əksər ikili mübarizələrdən məğlub ayrıldıq. Rəqibi özümüz təhlükəli alətlərlə təchiz etdik. Ümumiyyətlə, rəqibi 90 dəqiqə boyunca pressinq altında saxlamaq çox çətindi. Bunun üçün lazımi resurslara malik deyildik. Açıq futbol oynadıq, amma müdafiə olunmağa gücümüz çatmadı”.

Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:
“Oyunçularımız çox erkən buraxılan qola dərhal lazımi reaksiya verdilər. Fikrimcə, bu, matçın vacib anı idi. Onlar belə startdan sonra komandanı gərginlikdən xilas etməyə çalışdılar və istədikləri futbolu sərgiləməyə başladılar. Buna görə futbolçularımıza ikiqat alqış düşür. Əla yaxşının düşməni deyil: daha yaxşı iş görmək üçün imkan həmişə olur. Bizim üçün oyunboyu eyni tempdə oynamaq vacib idi”.

Bredli Barkola, Fransa yığmasının hücumçusu:
“Yığmadakı ilk qoluma görə sevinsəm də, uduzduğumuz üçün məyusam. Biz daha yaxşı oynaya bilərdik. Hər matçda ən yaxşı oyunumu sərgiləməyə çalışıram. Start heyətində meydana çıxıb-çıxmamağımdan asılı olmayaraq, həmişə oynamağa hazıram. Oyundan həzz alıram, məşqlərdə və matçlarda var gücümü sərf edirəm”.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

9-04-2024, 22:0

Renduliç ardıcıl ikinci oyunda uduzdu - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Ölkə kuboku / Reportaj

22-12-2023, 13:0

“Zirə” həm qisas aldı, həm də 1/4 finala adladı - REPORTAJ

Premyer-liqa

21-05-2024, 20:0

“Zirə” “Kəpəz” səddini də uğurla aşdı - REPORTAJ

Premyer-liqa / Reportaj

14-03-2023, 15:0

“Neftçi” “Şamaxı” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Aktual
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Son xəbərlər
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 93
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə