• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Oyunu birinci hissənin ilk 10 dəqiqəsində uduzduq”

Aktual / Ölkə futbolu

4-10-2024, 23:0

8-ci turun bağlanış matçında “Sabah”ı məğlub edən “Qarabağ” bir gün əvvəl “Araz-Naxçıvan”ın ələ keçirdiyi zirvəni yenidən özünə qaytardı.

Maraqlıdı ki, “köhlən atlar”la “bayquşlar”ın əksər duelləri məhsuldar keçir. Bu dəfə də istisna olmadı. “Sabah”ın kapitanı Elvin Camalov oyundan sonra "Football-plus.az"a qısa müsahibə verdi.

- “Qarabağ” London səfərindən məğlub gəlmişdi. Sanki sizdən də “Tottenhem”in acığını çıxdı. Bəs “Sabah”niyə bacarmadı?
- Bu gün heç də asan olmayacağını əvvəldən bilirdik. Oyun ilk dəqiqələrdən ürəyimiz istəyən kimi keçmədi, qapımızda 3 qol gördük. Əlbəttə, bu bizə çox çətinlik yaratdı. Sonradan oyuna daha yaxşı köklənməyə çalışdıq. Deyim ki, hesabda önə də keçə bilərdik. Çox qol vəziyyəti yaratsaq da, bunlardan yararlana bilmədik. Hətta sonda hesabı bərabərləşdirmək də olardı. Fikrimcə, maraqlı və gərgin oyun keçdi.

 - Yeni mövsümdə artıq 2-ci məğlubiyyəti aldız – birincini “Zirə”dən, ikincini “Qarabağ”dan. Buna güc məsələsi demək olarmı?

 - Onsuz da bu oyundan əvvəl xallar bir-birinə çox yaxın idi. İndi də fərq o qədər də böyük deyil. Uduzan komanda avtomatik turnir cədvəlində yerini dəyişir. Bu gün uduzmağımız bizi aşağı saldı, amma o demək deyil ki, belə də qalacaq. Qarşıda hələ çox oyun var. Gücümüzu növbəti turlarda da sınayacağıq. Çalışacağıq ki, qarşıdakı oyunlarda maksimum nəticə göstərib daha yuxarı pillələrdə qərarlaşaq.

 - Coy-Lens Mikels sondakı epizodu qaçırmasaydı, bərabərlik qolu olacaqdı. Kapitan kimi Mikelsin səhvinə görə komandanızın 1 xal itirdiyini düşünürsən?

- Əlbəttə, buna üzülürəm. Amma bu gün uduzmuşuqsa hamımız birgə, komanda şəklində uduzmuşuq. Mikels bu gün vura bilməyib, sabah çıxıb komandanın qələbə qolunu da vura bilər. Yəni hamımız birik. Nə qədər üzülsək də, belə səhvlərdən, belə epizodlardan nəticə çıxaracağıq ki, daha yaxşısı olsun.

- Növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacaqsız. Lider kürsüsünə yenidən qayıda bilərsizmi?

- Bayaq dediyim kimi, xallar o qədər yaxındı ki, bir-iki oyun bəs edir yuxarı qalxa, ya da aşağı düşəsən. Ona görə gələn oyunlara maksimum ciddi hazırlaşıb, yaxşı nəticə əldə etməyə çalışacağıq ki, daha yuxarı pillələrdə qərarlaşaq. 

- Konkret neçənci pillə üçün mübarizə aparırsız?

- Konkret nəsə demək düzgün deyil. Çünki qarşıda hələ çox oyun bizi gözləyir. Hər matça qələbə əzmi ilə çıxmağa çalışırıq.
“Bayquşlar”ın nigeriyalı hücumçusu Cesse Sekidika ilə də danışdıq.

- Səncə, bu gün oyunun qırılma nöqtəsi nə oldu?

- Ümumilikdə yaxşı oynadıq. Amma oyunu birinci hissənin ilk 10 dəqiqəsində uduzduq. 

- "Qarabağ"la xüsusən səfər matçları həmişə çətin olur. Bu tilsimi bu gün niyə qıra bilmədiz?

- Hamı "Qarabağ"ı bilir, tanıyır. Bayaq dediyiniz kimi, əvvəlki oyunlarda da səfərdə uduzmuşduq. Bu gün də qapımızda 3 qol gördük və fərqi aradan qaldırmaq mümkün olmadı. İki qol vurduq, amma bəs etmədi. Geridönüş edəndən sonra yaxşı epizodlarımız vardı, amma dəyərləndirə bilmədik. Görək növbəti həftə necə olur. 

- “Sabah” bərabərliyə yaxın idi.
- Bəzən şansları dəyərləndirə bilsən də, bəzən alınmır. Əlbəttə, qol vurmaq istəyirdik. Futbolda belə halların olması normaldı. Qol vura bilmirsənsə, uda da bilmirsən. 

- Çempionatda 8 tur arxada qalıb. Nəzərə alsaq ki, itirilən xallar sonda sizi yenə çətinə salacaq, bu gün əldən verdiyiniz 3 xala görə heyifsilənirsən?

- Mövsüm hələ yeni başlayıb. Hələ 7 oyunumuz gedib, çox oyun olacaq, mövsüm uzundu. Hər oyuna ayrıca yanaşırıq. Uduzduq, amma yenidən “avrokubok zonası”na düşəcəyik. Bunun üçün çalışırıq.

-  Əvvəlki mövsümlə müqayisə etsən, çempionatda rəqabət artıbmı, səviyyə necədi?

- Fikrimcə, çempionatın səviyyəsi qalxıb. Hər komanda xal üçün vuruşur. Avropaya getmək üçün daha çox klub mübarizə aparır. Amma heç də asan deyil. Əlindən gələni etməlisən və yuxarı pillələrə qalxmaq üçün daha çox çalışmalısan. İnanıram ki, biz də mövsümun sonunda yenidən Avropaya yollanarıq.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-11-2023, 19:0

"Qarabağ" liderliyə yüksəldi, "Neftçi" yenə naxçıvanlılarla bacarmadı – TURUN ŞƏRHİ

Aktual / Müsahibə

23-09-2024, 10:0

“Qara dostumdu, amma...” – Elvin Cəfərquliyev “Tottenhem”dən danışdı

Premyer-liqa

1-11-2023, 20:0

Naxçıvan zirvəyə doğru addımlayır – TURUN ŞƏRHİ

Premyer-liqa

22-08-2023, 14:0

“Zirə” vahid liderdi, amma üç izləyicisi var - TURUN İCMALI

Manşet / Müsahibə

4-08-2024, 16:0

Elvin Camalov: "Ordakı əziyyətimizlə burdakı mübarizəmizin cəmi bəhrə verdi"

Manşet / Müsahibə

28-07-2024, 13:0

“Bu oyundan sonra da rəqibə münasibətimiz dəyişmədi” – “Sabah”ın kapitanı

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Bu gün, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Bu gün, 20:52
    Turini tərk etdi
  • Bu gün, 20:31
    Madriddən Londona yollandı
  • Bu gün, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Bu gün, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Bu gün, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 18:30
    Fransada klubunu dəyişəcək
  • Bu gün, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Bu gün, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Bu gün, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Bu gün, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Bu gün, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Bu gün, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 12:41
    Londonda iş yerini dəyişdi
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 81
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə