Qara Qarayev “Sabah”la anlaşdı? – klub rəsmisi cavabladı

24.09.2024 21:12 2 908
Aktual / Ölkə futbolu
“Neftçi”dən ayrılan Qara Qarayevin klubsuz günləri davam edir.

Bu ərəfədə futbolçu haqda daha bir iddia ortaya atılıb. Bəzi media orqanları və sosial şəbəkələrdə yayılan məlumatda Qaranın “Sabah”la danışıqlar apardığı və tezliklə müqavilə imzalayacağı bildirilir.

İnformasiyanı dəqiqləşdirmək məqsədi ilə “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:

“Hazırda hansısa transfer gündəmdə deyil. Hansısa futbolçu ilə razılıq əldə olunsa, həmişəki kimi bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Qara karyerası ərzində “Qarabağ”ın da formasını geyib.

KƏNAN BAHADIR