Avrokubokların və premyer-liqanın yeni mövsümü üçün hazırlığı davam etdirən “Qarabağ”la bağlı yeni iddia var.
Belə ki, bəzi media orqanları və sosial şəbəkələr Ağdam təmsilçisinin millimizin və “Qrasshopper”in üzvü Renat Dadaşovla danışıqlar apardığını iddia edir.
Məlumatı dəqiqləşdirmək məqsədilə “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az”a məlumatın əsassız olduğunu dedi.
Qeyd edək ki, Renat ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirib. Hücumçu 38 matçda forma geyib, 7 qolla yadda qalıb.
KƏNAN BAHADIR