Qara Qarayev “Zirə”yə, yoxsa “Sabah”a keçəcək? – açıqlama

19.09.2024 18:57 2 880
Aktual / Ölkə futbolu
Günün ən aktual mövzusu Qara Qarayevin “Neftçi”dən ayrıldığı haqda xəbərdi.
Yarımmüdafiəçinin adı artıq “Sabah” və “Zirə” ilə yanaşı hallanır. Bəs klublar həqiqətən bu yöndə “ağ-qaralar”la və ya oyunçunun özü ilə danışıq aparırmı?

Bu sualla Zirə və Masazır təmsilçilərinin mətbuat xidmətlərinin rəhbərlərinə müraciət etdik. Həm Elnur Həmidov (Sabah), həm də Elmar Abdullazadə (Zirə) “Football-plus.az”a açıqlamasında birağızdan “bu barədə məlumat sahibi deyilik” dedilər.

Belədə bizə hadisələrin axarını izləmək qalır.

KƏNAN BAHADIR