“Neftçi” rəsmisi təkzib etdi: “Qara Qarayev klubdan ayrılarsa...”

19.09.2024 12:58 1 748
Aktual / Ölkə futbolu
Gündəmə bomba kimi düşən xəbərlərdən biri də Qara Qarayevin “Neftçi”dəki taleyilə bağlı qərar oldu. Artıq Qarayevin “ağ-qaralar”dan ayrıldığı deyilir. Onun “Sabah”a və ya “Turan Tovuz”a mümkün keçidi də iddialar arasındadı.

Bəs Qara “Neftçi”dən rəsmən ayrılıbmı?

Bu haqda bilgi almaq üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etməyi lazım bildik. Onun “Football-plus.az”a açıqlaması:

“Hər hansı bir yenilik yoxdu bu məsələdə. Məlumat olan kimi rəsmi açıqlama verəcəyik. Qara Qarayev klubdan ayrılarsa, biz rəsmi məlumat verəcəyik. “Neftçi”nin sosial şəbəkələrində bu barədə məlumat yerləşdiriləcək”.

RÖYANƏ OĞUZ