Türkiyə çempionatında bazar ertəsi keçirilən iki oyunla 6-cı tura yekun vuruldu.
''Göztəpə'' ''Kayserispor''u 3 cavabsız qolla məğlub etdi. Debütant olan İzmir təmsilçisi hələ də məğlubiyyət acısı yaşamayıb. Günün digər oyununda isə ''Trabzonspor'' ''Qaziantep''in qonağı oldu. İlk 4 oyundan bərabərliklə ayrılan Trabzon təmsilçisi nə qədər çalışsa da, yenə qalib gələ bilmədi. Qonaqlar ikinci yarıda topu tora göndərsələr də, VAR-ın müdaxiləsindən sonra qayda pozuntusu qeydə alındı. Beləliklə, oyun qolsuz yekunlaşdı və ''Trabzonspor'' Türkiyə çempionatı tarixində mövsümün ilk 5 oyunundan bərabərliklə ayrılan cəmi 2-ci komanda oldu.
Daha öncə bu unikal göstəriciyə 1979/80-də ''Zonquldakspor'' imza atmışdı. Şenol Günəş təyinatından bu yana 3-cü çempionat oyununda da qələbəyə həsrət qaldı. Bu, onun məşqçilik karyerasında cəmi ikinci belə haldı. Ünlü mütəxəssis daha öncə 1998/99-da ''Sakaryaspor''un başına keçdikdən sonra ilk 3 çempionat oyununda qələbəyə həsrət qalmışdı.
ƏLİ