Portuqaliya çempionatının 6-cı turuna ''Boavişta'' - ''Benfika'' oyunu ilə yekun vuruldu.
Lissabon nəhəngi növbəti qələbəsini qazandı. Türkiyəli futbolçular - Kərəm Aktürkoğlu ilə Orkun Kökçü yenə özlərini yaxşı tərəfdən göstərdilər.
"Qartallar" 11-ci dəqiqədə Pavlidis, 31-ci dəqiqədə Orkun Kökçü və əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə Kabralın qolları ilə 3:0-lıq qələbə qazandı. Kərəm ilk iki qolda aktivinə məhsuldar ötürmə yazdı. Bu futbolçu 3-cü oyununda da komandasına fayda verərək qolda yaxından iştirak etdi. İlk 3 rəsmi oyunda Kərəm artıq 2 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Bu oyunlarda Orkun Kökçünün də göstəriciləri eynidi.
ƏLİ