22 yaşında hamını arxada qoydu

22.09.2024 12:59 115
Dünya futbolu
UEFA Çempionlar Liqasının 2023/24 mövsümünün ən sürətli futbolçusunun adını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu planda “Borussiya”nın cinah oyunçusu Kərim Adeyemi birinci olub. UEFA-nın saytında dərc olunan texniki hesabatda 22 yaşlı alman futbolçunun ötən mövsüm ən yaxşı sürət nümayiş etdirdiyi qeyd olunub. Adeyemi “Real”la final oyununda 37,8 km/saat sürətlə hərəkət edib.

İkinci ən sürətli oyunçu PSJ-nin müdafiəçisi Nunu Mendeş olub. Onun göstəricisi 37,2 km/saatdı. 3-cü yeri 36,1 km/saat sürətlə PSJ-nin keçmiş forvardı, hazırda “Real”da çıxış edən Kilian Mbappe tutub.

Yeri gəlmişkən, Adeyemi bu mövsüm Dortmund klubunda 5 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.