Eursnes hamını arxada qoydu

18.02.2023 14:54 287
Çempionlar Liqası
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın saytının yaydığı xəbərə görə, bu nominasiyanın qalibi Fredrik Eursnes olub.

“Benfika”nın 28 yaşlı yarımmüdafiəçisi həftənin ən yaxşı oyunçusu adına digər namizədləri - Kərim Adeyemi (Borussiya D), Kinqsli Koman (Bavariya) və Rafael Leaonu (Milan) qabaqlayıb. Fredrik “Brügge” ilə səfər oyununda (2:0) 13,6 kilometr məsafə qət etmiş və oyundaşlarına 72 dəqiq ötürmə vermişdi.