Bundesliqanın tarixinə düşdü

6.02.2023 21:51 263
Dünya futbolu
Almaniya çempionatının “Borussiya” (Dortmund) – “Frayburq” matçında rekord qeydə alınıb.

Ev sahiblərinin hücumçusu Karim Adeyemi epizodların birində saatda 36,7 kilometr sürətlə qaçıb ki, bununla bundesliqanın tarixinə ən sürətli oyunçu kimi düşüb. 21 yaşlı futbolçu dortmundluların 5:1 hesablı qələbəsində bir qolla rol oynayıb.

Yeri gəlmişkən, Adeyemi bu mövsüm Almaniya çempionatında meydana çıxdığı 15 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.