"Borussiya"da ciddi itki

20.02.2023 23:30 249
Dünya futbolu
"Borussiya"da ciddi itki baş verib.

Football-plus.az xəbər verir ki, dortmundluların hücumçusu Kərim Adeyemi zədələnib. Bunu klubun mətbuat xidməti açıqlayıb. Bildirilir ki, o, zədə səbəbindən təxminən üç həftə meydana çıxa bilməyəcək.