Yığmamızın üzvü Mahir Emrelinin formasını geydiyi 2-ci bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.
"Football-plus.az" xəbər verir ki, Nürnberq şəhərinin təmsilçisi evdə "Herta" ilə qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz matçın 39-cu dəqiqəsində meydana daxil olmaqla "Nürnberq"də debütünü rəsmiləşdirib. O, zədələnərək meydanı tərk edən Benyamin Qolleri əvəzləyib.
Qeyd edək ki, Emrelinin komandası 7-ci turda səfərdə "Hannover"in qonağı olacaq.