Baş məşqçisindən Mahiri qane etməyən qərar - istəyinə çatmadı

14.09.2024 17:29 1 284
Dünya futbolu
Almaniyanın 2-ci bundesliqa klubunun şərəfini qoruyan Mahir Emrelinin “Nürnberq”də debütü reallaşamyıb.

"Football-plus.az" xəbər verir ki, millimizin futbolçusu ilk dəfə ehtiyat oyunçular skamyasında yer alıb.

Emrelinin komandası 5-ci turda “Ulm”un qonağı olub. Matç Mahirin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 7-ə çatdıran “Nürnberq” 11-ci pillədə yer alıb.