Mahirin komandası Almaniya kubokunda mərhələ adladı

19.08.2024 11:34 317
Dünya futbolu
Almaniya kubokunda 1-ci mərhələnin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, yığmamızın üzvü Mahir Emrelinin yeni komandası "Nürnberq" səfərdə "Saarbruken"in qonağı olub.

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (5:3) "Nürnberq" 2-ci mərhələyə yüksəlib.

Zədəli olan Mahir Emreli bu oyunda iştirak etməyib.