"Nürnberq" Mahirin keçidini açıqladı

6.08.2024 17:10 411
Ölkə futbolu
Almaniyanın "Nürnberq" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı hücumçu "qırmızı-qaralar"la 1 illik sözləşmə imzalayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunda artırıla bilər.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.