Mahirin məşqini izləyən idman direktoru hansı qərara gəldi? - ÖZÜ AÇIQLADI

9.09.2024 11:13 1 281
Aktual / Dünya futbolu
Millimizin və "Nürnberq"in futbolçusu Mahir Emrelinin komanda ilə birgə məşqlərə başladığını yazmışdıq.

"Football-plus.az" xəbər verir ki, 2-ci bundesliqa klubunun idman direktoru Yoti Çatzialexiou onu məşqlərdə izləyib və Mahir haqda fikirlərini "Nürnberq"in mətbuat xidmətiylə bölüşüb. Funksioneri dinləyək:

"Mahir Emrelinin məşqlərə qoşulması bizi çox sevindirdi. Onun komandamızı gücləndirəcəyinə inanıram. Bizim üçün dəyərli futbolçudu. Benni Qoller də zədəsini sağaldıb. Hər ikisi hücumlarımızın daha kəsərli təşkil edilməsinə şərait yaradacaq".

KƏNAN BAHADIR