“Marsel” və “Monako” PSJ-nin təqibini davam etdirir - İCMAL

20.09.2024 15:15 119
Dünya futbolu
Dörd turdan sonra xal itirməyən yeganə komanda PSJ-di.

"Football-plus.az" xəbər verir ki, son çempion “Brest”lə oyunda əziyyət çəksə də, qələbə qazana bildi. 12 xala malik paytaxt klubunu hərəyə 10 xall “Marsel”lə “Monako” izləyir. “Marsel” evdə “Nitsa”nın, “knyazlar” isə səfərdə “Oser”in öhdəsindən gəldi.

Turun mərkəzi oyununda PSJ “Brest”i qəbul etdi. Luis Enrikenin problemi itkilərdən əziyyət çəkirdi. Zədəlilər Ernandes, Kimpembe, Vitinya, Zair-Eneri və Ramuş meydana çıxa bilmədi. “Brest” isə Loko ilə Lis-Melunun xidmətindən məhrum idi. Meydan sahibləri ilk dəqiqələrdən irəli atıldı. Onların heyətində Dembele canfəşanlıq edirdi. Məhz o ilk qol vəziyyətini yaratdı. Sağdan rəqibin cərimə meydançasına daxil olan Dembele Mendeşə ideal ötürmə versə də, qapıçı Bizot inanılmaz şəkildə qola imkan vermədi. Ardından Usmanın daha bir gözəl ötürməsini Neveş boşa verdi. Qonaqlar hissənin ortalarında fəallaşdı. 29-cu dəqiqəqə Mendeşin Ajorka qarşı kobudluğuna görə PSJ-nin qapısına penalti təyin olundu. Parislilər nə qədər mübahisə etsələr də, referi Kleman Türpen qərarını dəyişmədi. “Nöqtə”yə yaxınlaşan Del Kastilyo soyuqqanlı zərbə ilə hesabı açdı. Qoldan sonra meydan sahibləri irəli atıldı. Əvvəlcə Asensio yüzfaizlik qol imkanını qaçırdı, ardından Dembele topu dirəyin yanından vurdu. Hər halda, 42-ci dəqiqədə hesabı bərabərləşdirmək mümkün oldu. Barkola Asensionu hücuma qoşdu, onun uzaq dirək önünə asmasını isə Dembele başla tamamladı.

“Brest” 2-ci hissədə meydana yalnız bir hədəf ilə çıxmışdı: necə olur-olsun, heç-heçəni qorumaq! Qonaqlar tam öz qapılarına doğru sıxışmışdılar. PSJ belə müdafiəni yarmaqda bir müddət çətinlik çəkdi. Ancaq daim müdafiə olunmaq da çətindi. Müəyyən məqamda qonaq futbolçuların yorulduğu hiss olundu. 73-cü dəqiqədə Hakimi – Dembele – Kolo Muani kombinasiyasının ardından mövsümün əvvəlində əla forma yığan Ruis hesabı dəyişdi. Maraqlıdı ki, “Brest” oyuna mərkəzdən başlayan kimi daha bir qol buraxdı. Kolo Muani təkbətəki boşa versə də, özüne yetirən Dembele topu boş qapıya göndərdi.
Səfərdə “Oser”lə qarşılaşan “Monako” ilk 25 dəqiqədə iki qol vurmaqla oyunun taleyini həll etdi. 89-cu dəqiqədə isə Zakariya hesab arasındakı fərqi darmadağın həddinə çatdırdı. “Nitsa”nə qəbul edən “Marsel” hər hissədə bir qol vurmaqla inamlı qələbə qazandı.

Turun qalan oyunlarına gəlincə, “Tuluza” və “Sent-Etyen” mövsümdə ilk qələbəsini qazandı. “Tuluza” “Havr”a, “Sent-Etyen” “Lill”ə qalib gəldi. “Renn” “doğma divarlar” arasında “Monpelye”yə heç bir şans vermədi, rəqib qapısından üç cavabsız qol keçirdi. “Nant” evdə “Reyms”ə uduzdu. “Strasbur”la “Anje” öz aralarındakı görüşdə qalibi müəyyənləşdirə bilmədi. Nəhayət, “Lans” – “Lion” oyunu qolsuz bitdi.

4-cü tur
PSJ – Brest 3:1

Dembele, 42; 74. Ruis, 73 – Del Kastilyo, 29-p. (47628)
PSJ: Donnarumma, Hakimi, Şkrinyar, Beraldo, Mendeş (Paço, 63), Li Kan İn, Neveş (Mayulu, 80), Ruis, Dembele (Mbaye, 80), Asensio (Kolo Muani, 71), Barkola (Due, 63).
Brest: Bizot, Lala, Şardonne, Le Kardinal, Fernandeş (Salah, 80), Aydara, Del Kastilyo (Dumbiya, 68), Kamara (Marten, 80), Maqnetti, Sima (Pereyra Laqe, 57), Ajork (Balde, 68).

Oser – Monako 0:3
Kerer, 8. Vanderson, 25. Zakariya, 89. (17045)
Monako: Kyon, Vanderson (Teze, 88), Kerer, Salisu, Enrike, Kamara (Sinqo, 90+9), Zakariya, Akliuş (Maqassa, 83), Qolovin (Minamino, 63), Ben Seqir (Baloqun, 63), Embolo (İlenihena, 63).

Sent-Etyen – Lill 1:0
Kafaro, 6. (22144)
Lill: Şevalye, Santuş (Fernandes-Pardo, 68), Menye, Diakite, Aleksandro, Qudmundsson (Bakker, 76), Jeqrova, Andre, Buaddi (Qomes, 57), Kabella (Sahraui, 57), Bayo (Devid, 57).

Renn – Monpelye 3:0
Blyas, 24. Kalimuendo, 35. Qryonbek, 60. (27451)
Lans – Lion 0:0
(38116)

Nant – Reyms 1:2
Auqusto, 28 – Munetsi, 34. Nakamura, 90+1. (29811)

Tuluza – Havr 2:0
Babika, 70. Qboo, 86. (30097)

Strasbur – Anje 1:1
Nanasi, 31 – Dyenq, 62. (19135)

Marsel – Nitsa 2:0
Mope, 40. Enrike, 53. (65803)

1. PSJ 4 4 0 0 16-3 12
2. Marsel 4 3 1 0 12-4 10
3. Monako 4 3 1 0 7-1 10
4. Lans 4 2 2 0 4-1 8
5. Nant 4 2 1 1 6-3 7
6. Reyms 4 2 1 1 6-6 7
7. Renn 4 2 0 2 8-5 6
8. Lill 4 2 0 2 5-4 6
9. Havr 4 2 0 2 6-7 6
10. Strasbur 4 1 2 1 8-7 5
11. Tuluza 4 1 2 1 4-4 5
12. Nitsa 4 1 1 2 6-6 4
13. Lion 4 1 1 2 4-8 4
14. Brest 4 1 0 3 6-10 3
15. Oser 4 1 0 3 3-9 3
16. Sent-Etyen 4 1 0 3 1-7 3
17. Anje 4 0 1 3 2-8 1
18. Monpelye 4 0 1 3 2-13 1


Bombardirlər: Qrinvud (Marsel) – 5, Barkola (PSJ) – 4, Dembele (PSJ), Babika (Tuluza), Enrike (Marsel) – 3.
Növbəti turun oyunları sentyabrın 20-22-si aralığında keçiriləcək: Nitsa – Sent-Etyen, Lill – Strasbur, Renn – Lans, Reyms – PSJ, Monako – Havr, Brest – Tuluza, Anje – Nant, Monpelye – Oser, Lion – Marsel.

Turun rəqəmi
12 – “Marsel” ilk 4 turdan sonra bu qədər qol vurub. Bu isə adı çəkilən komandanın 1954/55 mövsümündən (15) bəri göstərilən turnir məsafəsindəki ən yaxşı nəticəsidi.

Turun ulduzu
Usman Dembele (PSJ) – oyunboyu dayanmadan çalışdı. Dubl etməklə yanaşı, Ruisin vurduğu qolda da pay sahibi oldu. Bir sözlə, komandasının qələbəsi üçün əlindən gələni etdi.

Turun sitatı
Stanislav Aqkatsev, “Krasnodar”ın qapıçısı:
“Əlbəttə, Matvey Safonovla əlaqəm var, daimi təmasdayıq. Ancaq düzünə qalsa, onunla bağlı suallar artıq məni bezdirib. Faktiki hər iki sualdan biri onun haqqındadı”.