Fransa çempionatının 4-cü turu maraqlı alındı.
“Football-plus.az” xəbər verir ki, “Monako” zirvənin tək sahibidi. Adi Hütterin çalışdırdığı komanda vitse-çempion “Lans”ı darmadağın etməklə xalını 10-a çatdırdı. Turlar ötdükcə son çempion PSJ də oyun səviyyəsini yaxşılaşdırmaqdadı. Luis Enrikenin komandası bu dəfə səfərdə “Lion”u darmadağın etməklə 8 xalla 2-ci pilləyə yüksəldi. “Nant”ın təxminən 80 dəqiqə azlıqda oynamasına baxmayaraq, bu komanda ilə oyunda xal itirən “Marsel”in də 8 xalı var. “Havr” hesabat turunda cari mövsümdəki ilk qələbəsini qazandı. “Loryan” elitanın debütantından üç cavabsız qol buraxdı.
Hərəyə 7 xalı olan “Reyms”, “Lill” və “Brest” də liderlər qrupunda qərarlaşıb. “Reyms” “Mets”lə səfər oyununda qələbəni əldən verdi – 2:2. “Şimallı itlər” “Monpelye”nin öhdəsindən gəldi (1:0), “Brest” isə “Renn” ilə qolsuz heç-heçəyə razılaşdı.
4-cü tur
Lion – PSJ 1:4
Tolisso, 74-p. – Mbappe, 4-p.; 45+1. Hakimi, 20. Asensio, 38. (51657)
PSJ: Donnarumma, Ernandes, Şkrinyar, Markinyos, Hakimi, Zair-Emeri (Ndur, 86), Uqarte (Ruis, 76), Vitinya, Mbappe, Asensio (Ramuş, 75), Dembele (Barkola, 75).
Monako – Lans 3:0
Sinqo, 24. Qolovin, 36. Maripan, 59. (9600)
Monako: Ken, Maqassa, Maripan, Sinqo, Vanderson (Diatta, 85), Kamara (Zəkəriyə, 74), Fofana (Matazo, 90), Enrike, Qolovin, Minamino (Akliuş, 84), Ben Yedder (Baloqun, 74).
Nant – Marsel 1:1
Məhəmməd, 39 – Sarr, 4. (34600)
Marsel: Lopes, Lodi, Mbemba, Jiqo, Kloss, Sarr, Ronjye, Veretu, Korrea (Ndiaye, 64), Obameyanq, Vitinya.
Brest – Renn 0:0
(15201)
Tuluza – Klermon 2:2
Abuhlyal, 8. Maqri, 14 – Kiey, 34-p. Ojye, 90+6. (28285)
Havr – Loryan 3:0
Kuzyayev, 53. Aliui, 70. Mbemba, 90+6. (18707)
Lill – Monpelye 1:0
Yazıcı, 2. (35298)
Mets – Reyms 2:2
Sabali, 7. Callou, 63 – Diakite, 17. Teuma, 52. (24272)
Nitsa – Strasbur 2:0
Atal, 45+1. Moffi, 75. (20215)
1. Monako 4 3 1 0 13-5 10
2. PSJ 4 2 2 0 8-3 8
3. Marsel 4 2 2 0 7-4 8
4. Reyms 4 2 1 1 8-5 7
5. Lill 4 2 1 1 5-5 7
6. Brest 4 2 1 1 5-5 7
7. Renn 4 1 3 0 8-4 6
8. Nitsa 4 1 3 0 4-2 6
9. Strasbur 4 2 0 2 4-6 6
10. Havr 4 1 2 1 8-6 5
11. Loryan 4 1 2 1 5-5 5
12. Tuluza 4 1 2 1 5-6 5
13. Mets 4 1 2 1 6-9 5
14. Monpelye 4 1 1 2 7-7 4
15. Nant 4 0 2 2 5-8 2
16. Klermon 4 0 1 3 4-9 1
17. Lans 4 0 1 3 4-10 1
18. Lion 4 0 1 3 3-10 1
Bombardirlər: Mbappe (PSJ) – 5, Ben Yedder (Monako), Məhəmməd (Nant) – 4.
Növbəti turun oyunları sentabrın 17-də keçiriləcək: PSJ – Nitsa, Strasbur – Monpelye, Renn – Lill, Marsel – Tuluza, Loryan – Monako, Lion – Havr, Klermon – Nant, Reyms – Brest, Lans – Mets.
Turun rəqəmi
500 – Bredli Barkola 1970-ci ildə yaradılan PSJ-nin tarixinə özünəməxsus şəkildə düşdü. Belə ki, o, indiyə qədər paytaxt klubunun formasını geyən 500-cü futbolçudu.
Turun ulduzu
Kilian Mbappe (PSJ) – klub rəhbərliyi ilə münasibətləri yaxşılandırandan sonra işə başlayıb və artıq bombardirlər siyahısının önündədi. Son üç oyunun hər birində fərqlənib, son ikisində dubl edib.
Turun sitatı
Neymar, PSJ-nin sabiq hücumçusu: “O, PSJ-dən belə getməyi haqq etməmişdi. Messi məşq edən, mübarizə aparan, uduzanda qəzəblənən futbolçudu. Onu ədalətizcəsinə ittiham edirdilər. Ancaq dünya çempionu olduğuna görə sevinirəm”.
“Knyazlar” zirvədədi, PSJ ilə “Marsel” onları təqib edir - TURUN ŞƏRHİ
Dünya futbolu



