Ən yaxın izləyiciləri ilə xal fərqini nəzərə alsaq, PSJ-nin Fransa çempionatında artıq heç bir motivasiyasının qalmadığı açıq-aydın hiss olunur.
"Football-plus.az" Xəbər verir ki, Luis Enrikenin komandası hesabat turunda evdə “Reyms” ilə heç-heçə etməklə büdrədi. Maraqlıdı ki, hətta bu nəticə də parislilərin xal fərqini artırmasına imkan verdi. “Brest” də vitse-çempion “Lans”a uduzdu və artıq liderdən 10 xal geri qalır. Üstəlik “Strasbur”a qalib gələn “Monako” da “Brest”in cəmi 1 xal gerisindədi. “Knyazlar”ı onlardan 3 xal geri qalan “Lill” ilə “Lans” izləyir. “Şimallı itlər” də “Renn” ilə oyunda məğlubiyyətdən çətinliklə qurtuldu. 6-cı yerdə “Nitsa” qərarlaşıb. Evdə “Monpelye”yə uduzan “qartallar” yenidən fanatlarını üzdü.
Çempionatda ardıcıl 3-cü qələbəsini “Nant” üzərində qazanan “Marsel” liderlər qrupuna yaxınlaşmaqdı. Hesabat turunda “Lion” və “Havr” da qələbəyə sevindi. Autsayderlərin duelində “Klermon”a qalib gələn “Mets” bu komandadan 6 xal uzaqlaşdı.
25-ci tur
PSJ – Reyms 2:2
Əbdelhəmid, 17-öz qapısına. Ramuş, 19 – Munetsi, 7. Diakite, 45. (46000)
PSJ: Navas, Beraldo, L.Ernandes, Pereyra (Mendeş, 69), Hakimi, Soler (Dembele, 73), Uqarte, Zair-Emeri, Barkola (Kolo Muani, 69), Ramuş (K.Mbappe, 73), Li Kan İn.
Lans – Brest 1:0
Agilar, 32. (38016)
Brest: Bizot, Loko, Brasye, Şardonne, Lala, Lis-Melu, Maqnetti (Marten, 71), Le Duaron (Pereyra Laqe, 58), Kamara (Dumbiya, 71), Del Kastilyo (Braimi, 81), Munye (Satriano, 58).
Strasbur – Monako 0:1
Ben Seqir, 73. (25391)
Monako: Mayetski, Uattara (Yakobs, 59), Kerer, Maripan, Sinqo, Zakariya, Fofana (Ben Seqir, 59), Qolovin, Minamino (Akliuş, 59), Ben Yedder (Maqassa, 88), Baloqun.
Nitsa – Monpelye 1:2
Boqa, 12 – Todibo, 10-öz qapısına. Savanye, 42-p. (21819)
Loryan – Lion 0:2
Talyafiko, 52. Balde, 65. (16426)
Havr – Tuluza 1:0
Operi, 60. (21462)
Mets – Klermon 1:0
Mikautadze, 33-p. (22673)
Lill – Renn 2:2
Devid, 84; 90+2 – Blyas, 1. Kalimuendo, 20. (40383)
Marsel – Nant 2:0
Obameyanq, 17; 79. (56958)
1. PSJ 25 16 8 1 56-21 56
2. Brest 25 13 7 5 35-19 46
3. Monako 25 13 6 6 45-34 45
4. Lill 25 11 9 5 36-22 42
5. Lans 25 12 6 7 34-24 42
6. Nitsa 25 11 7 7 24-19 40
7. Marsel 25 10 9 6 40-26 39
8. Renn 25 9 9 7 38-31 36
9. Reyms 25 10 5 10 32-34 35
10. Lion 25 9 4 12 27-38 31
11. Tuluza 25 7 8 10 27-33 29
12. Havr 25 6 9 10 25-31 27
13. Monpelye (-1) 25 6 9 10 29-34 26
14. Strasbur 25 6 8 11 25-38 26
15. Loryan 25 6 7 12 33-47 25
16. Nant 25 7 4 14 23-38 25
17. Mets 25 6 5 14 22-37 23
18. Klermon 25 3 8 14 17-42 17
Bombardirlər: K.Mbappe (PSJ) – 21, Devid (Lill) - 14, Lakazett (Lion), Obameyanq (Marsel) – 12.
Növbəti turun oyunları martın 15-17-si aralığında keçiriləcək: Brest – Lill, Klermon – Havr, Lans – Nitsa, Monako – Loryan, Monpelye – PSJ, Nant – Strasbur, Reyms – Mets, Renn – Marsel, Tuluza – Lion.
Turun rəqəmi
16 – “Lans” 2024-də çempionatda topladığı xal sayını bu həddə çatdırdı. Bütün başqa komandalar bu göstəricidə “Lans”dan geri qalır
Turun ulduzu
Pyer-Emerik Obameyanq (Marsel) – Jan-Lui Qasse “sükan arxasına” keçəndən sonra komanda ilə yanaşı, qabonlu forvard da canlanıb. Təcrübəli Obameyanq “Nant”la oyunun taleyini təkbaşına həll etdi. Ümumiyyətlə, son üç oyunun hər birində fərqlənib.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi: