• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ məğlubiyyətdən qaçdı, “Brest” ilə “Monako” hərəyə üç qol vurdu – TURUN ŞƏRHİ

Dünya futbolu

27-02-2024, 23:0

Fransa çempionatında daha bir solğun oyun keçirən PSJ evdə “Renn” ilə qarşılaşmada məğlubiyyətdən çətinliklə qurtuldu.

"Football-plus.az" xəbər verir ki, 33-cü dəqiqədə hesabda irəli çıxan qonaqlar final fiti ərəfəsində mübahisəli penalti qərarına üzüldü. Luis Enrikenin komandası 54 xalla hələ də inamla turnir cədvəlinə başçılıq edir. Səfərdə “Strasbur”u darmadağın edən “Brest” 43 xalla 2-ci pillədə qərarlaşıb. “Monako” da 23-cü turun nəticələrindən sonra ilk “3-lüy”ə qayıtdı. Adi Hütterin komandası buna vitse-çempion “Lans” üzərindəki qeyri-adi səfər qələbəsi ilə nail oldu. Minamino “knyazlar”a qələbə qazandıran qolu 90+2-ci dəqiqədə vurdu. 41 xala malik “Monako” evdə gözlənilmədən autsayder “Klermon”la heç-heçəyə razılaşan “Nitsa”nı arxada qoydu. “Lill”, ümumiyyətlə, turu məğlubiyyətlə başa vurdu. “Şimallı itlər” səfərdə “Tuluza” ilə bacarmadı – 1:3.
Turun qalan nəticələrinə gəlincə, “Lion”un ardıcıl 4-cü qələbəsini qeyd etməyə dəyər. Bu dəfə “şirlər”in təzyiqi altında “Mets” əzildi. Jan-Lui Qassenin “Marsel”in “sükanı arxasında” uğurlu oyunlar seriyası davam edir. “Şaxtyor”u Avropa Liqasından uzaqlaşdıran cənublular evdə “Monpelye” üzərində əzmkar qələbə qazandı. “Marsel” ölkə çempionatında Cennaro Qattuzonun rəhbərliyi altında keçirdiyi son 6 oyunda qələbəyə həsrət qalmışdı.
“Havr” “doğma divarlar” arasında 66-cı dəqiqədə azlıqda qalan “Reyms”ə uduzdu, “Nant” səfərdə “Loryan”ı məğlub etdi.

23-cü tur
PSJ – Renn 1:1
Ramuş, 90+7-p. – Quiri, 33. (47000)
PSJ: Donnarumma, L.Ernandes (Mendeş, 71), Beraldo, Pereyra, Hakimi, Vitinya, Ruis, Li Kan İn (Asensio, 46), Barkola (Kolo Muani, 65), K.Mbappe (Ramuş, 65), Dembele (Zair-Emeri, 71).
Strasbur – Brest 0:3
Kamara, 33; 40; 58-p. (25140)
Brest: Kuder, Loko, Şardonne, Brasye, Lala, Lis-Melu (Brahimi, 84), Marten, Pereyra Laqe (Le Duaron, 68), Kamara (Dumbiya, 75), Del Kastilyo (Kamblan, 84), Satriano (Lebo, 84).
Nitsa – Klermon 0:0
(22081)
Nitsa: Bulka, Bar, Dante, Todibo, Lotomba (Rozye, 87), Türam, Budaui (Rosario, 61), Boqa (Moffi, 61), Klod-Moris (Ndaişimay, 82), Gessand, Şo (Lyabord, 75).
Lans – Monako 2:3
Vai, 31. Said, 77 – Baloqun, 19. Minamino, 30; 90+2. (37992)
Monako: Mayetski, Uattara (Diop, 63), Salisu, Maripan, Sinqo, Fofana, Zakariya, Qolovin, Minamino, Ben Yedder (Ben Seqir, 71), Baloqun (Maqassa, 90+5).
Marsel – Monpelye 4:1
Ndiaye, 31. Obameyanq, 41; 62-p. Sako, 82-öz qapısına – Əl-Tamari, 5. (61263)
Mets – Lion 1:2
Mikautadze, 13 – Lakazett, 45+1. Benrahma, 60. (27560)
Loryan – Nant 0:1
Kastelleto, 49. (16787)
Havr – Reyms 1:2
Ture, 74-p. - Darami, 64; 90+6-p. (22406)
Tuluza – Lill 3:1
Mavissa Elebi, 49. Syerro, 60-p. Dallinqa, 66 – Haraldsson, 45. (24124)
1. PSJ 23 16 6 1 54-19 54
2. Brest 23 12 7 4 34-18 43
3. Monako 23 12 5 6 44-34 41
4. Nitsa 23 11 7 5 22-15 40
5. Lill 23 10 8 5 33-20 38
6. Lans 23 10 6 7 30-24 36
7. Renn 23 9 8 6 35-27 35
8. Reyms 23 10 4 9 30-31 34
9. Marsel 23 8 9 6 33-25 33
10. Lion 23 8 4 11 25-35 28
11. Tuluza 23 6 8 9 25-31 26
12. Nant 23 7 4 12 23-34 25
13. Strasbur 23 6 7 10 23-35 25
14. Havr 23 5 9 9 24-30 24
15. Monpelye 23 5 8 10 25-31 22
16. Loryan 23 5 7 11 31-44 22
17. Mets 23 4 5 14 19-37 17
18. Klermon 23 3 8 12 16-36 17
Bombardirlər: K.Mbappe (PSJ) – 21, Lakazett (Lion) - 12, Ben Yedder (Monako), Devid (Lill) - 11.

Növbəti turun oyunları martın 1-3-ü aralığında keçiriləcək: Monako – PSJ, Reyms – Lill, Klermon – Marsel, Tuluza – Nitsa, Nant – Mets, Monpelye – Strasbur, Brest – Havr, Renn – Loryan, Lion – Lans.

Turun rəqəmi
12 – “Brest” çempionatda məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdırdı. Komanda bu müddətdə 8 qələbə qazanıb, 4 oyunda heç-heçə edib. 12 məğlubiyyətsiz oyun 1990-cı ilin aprel-avqust aralığında müəyyənləşən klub rekordunun təkrarıdı.

Turun ulduzu
Mahdi Kamara (Brest) – “Strasbur”la oyunda aşkar üstün təşkil bağışlayan komandasının bütün qollarını vurdu. 58-ci dəqiqədə qonaqlar penalti qazanarkən yenə “nöqtə”yə Mahdi yaxınlaşdı və Bellaruşla dueldən qalib ayrıldı.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi: “Yəqin ki, biz artıq Kilian Mbappesiz oynamağa öyrəşmişik”.

Fakt
“Lion” son 4 çempionat oyununun hamısında qələbə qazanıb. Bu, “şirlər”in 2021-ci ilin yanvar-fevral aralığında Rudi Qarsiyanın rəhbərliyi altında müəyyənləşdirdiyi qələbə seriyasının təkrarıdı.

Reaksiya
Adi Hütter, “Monako”nun baş məşqçisi: “Çox mübarizə aparan iki komanda arasındakı çətin oyun idi. İlk yarıda biz dominantlıq etdik. 2-ci hissədə rəqib üstün oynadı. Bu oyun hətta “Lans” azarkeşlərinin də xoşuna gəldi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-09-2023, 20:0

“Knyazlar” zirvədədi, PSJ ilə “Marsel” onları təqib edir - TURUN ŞƏRHİ

Dünya futbolu

29-11-2023, 23:0

PSJ və “Nitsa” izləyicilərindən uzaqlaşdı – TURUN ŞƏRHİ

Dünya futbolu

15-11-2023, 21:0

PSJ zirvəyə qayıtdı, “Lion” ilk qələbəsini qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 10:0

Liderlər qələbə qazandı, “Marsel” yenə büdrədi - TURUN ŞƏRHİ

Dünya futbolu

21-02-2024, 22:0

PSJ qələbələri sıralayır, izləyiciləri tez-tez dəyişir – TURUN ŞƏRHİ

Dünya futbolu

13-12-2023, 22:0

İlk “üçlük” eyni hesabla qalib gəldi – TURUN ŞƏRHİ

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 219
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 205
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə