• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ, “Marsel” və “Renn” rəqibini darmadağın etdi - İCMAL

Dünya futbolu

21-08-2024, 19:0

Fransa çempionatının elitasında 87-ci mövsüm ötən cümə keçirilən “Havr” – PSJ oyunu ilə start götürdü.

İlk tur maraqlı keçdi. PSJ səfərdə “Havr”ı darmadağın etdi, “Monako” “Sent-Etyen”lə oyunda çətinlik çəkdi, “Brest” “doğma divarlar” arasında “Marsel”ə uduzdu.
Mbappesiz və yenilənmiş PSJ “Havr”ın qapısına artıq 3-cü dəqiqədə yol tapdı. Ardından elə həmin hesabı açan Ramuş zədələnənə qədər meydanda heç bir maraqlı hadisə baş vermədi. 2-ci hissə başlayan kimi “Havr” gözlənilmədən hesabı bərabərləşdirdi. Hər kəs qonaqların mövsümə xal itkisi ilə başlayacağını düşünürdü. Ancaq PSJ son 5 dəqiqədə üç qol vurdu. Dembele, Barkola və Kolo Muaninin qolları ilə çempion inamlı qələbə qazandı.

Vitse-çempion “Monako” “Sent-Etyen”lə oyunun 28-ci dəqiqəsində irəli çıxdı. “Yaşıllar” sona qədər çox çalışsalar da, məğlubiyyətdən qurtula bilmədilər.
PSJ və “Monako” kimi ÇL-in qrup mərhələsində oynayacaq “Brest” italiyalı Roberto De Zerbinin çalışdırdığı “Marsel”i qəbul etdi. Qonaqlar 3-cü dəqiqədə hesabı açdı. Marsellilərin baha debütantı Qrinvud fərqləndi. 9-cu dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirmək üçün əla imkan qazansa da, Del Kastilyo penaltini qaçırdı. Bundan sonra cənublular hücumda fəallaşdı. 26-cı dəqiqədə Qrinvud Luis Enrikenin fərqlənməsinə şərait yaratdı. 32-ci dəqiqədə elə həmin Qrinvud penalti qolu ilə fərqi darmadağın həddinə çatdırdı. Bir qədər sakitləşən “Marsel” “Brest”ə qollardan birinin əvəzini çıxmağa imkan verdi. Amma 2-ci hissə başlayan kimi Luis Enrike yenə 3 top fərqini bərpa etdi. Darmadağında son nöqtəni isə mövsümlərarası fasilədə “Lans”dan 25 milyon avroya alınan Vai qoydu.

“Lill” “Reyms”in qonağı idi. Oyunun həlledici məqamı meydan sahiblərinin təcrübəli yarımmüdafiəçisi Konenin 16-cı dəqiqədə birbaşa qırmızı vərəqə ilə qovulması oldu. Onun başına dirsək zərbəsi vurduğu Qomes əvəzləndi. Zərbədən huşunu itirən ingiltərəliyə uzun müddət meydanda yardım göstərildi, ardından xəstəxanaya aparıldı. Məcburi fasilə yarım saat çəkdi. 45-ci dəqiqədə oyun bərpa olundu. Baş hakim ilk yarıya 34 dəqiqə artırdı və həmin vaxtın 30-cu dəqiqəsində Diakite hesabı açdı. “Şimallı itlər” 2-ci hissədə hesabı qorumaq üçün oynadı. Uzatma dəqiqələrində sonradan meydana çıxan Devid “Lill”in qələbəsini möhkəmləndirdi.
“Renn” evdə “Lion”la qarşılaşdı. Meydan sahibləri favorit sayılırdı, çünki qonaqların baş məşqçisi Pyer Saj komandanın liderlərindən Lakazett ilə Talyafikonun xidmətindən məhrum idi. “Şirlər” onların yoxluğunda böyükhesablı məğlubiyyətlə üzləşdi. Hesabı 19-cu dəqiqədə Burijo açdı, cəmi iki dəqiqə sonra isə Quiri fərqi artırdı. 71-ci dəqiqədə “Lion”un yeni ulduzu, son Avropa çempionatında Gürcütan yığmasının heyətində özünü yaxşı göstərən Mikautadze penaltini boşa verdi. Final fitinə az qalmış Meyster “Lion”un qapısından daha bir top keçirdi.
Turun qalan oyunlarına gəlincə, “Oser” evdə “Nitsa”nı, “Lans” səfərdə “Anje”ni məğlub etdi. “Monpelye” – “Strasbur”, “Tuluza” – “Nant” oyunlarında heç-heçə qeydə alındı.

1-ci tur
Havr – PSJ 1:4

Lyoris, 48 – Li Kan İn, 3. Dembele, 85. Barkola, 86. Kolo Muani, 90-p. (23167)
PSJ: Donnarumma, Hakimi, Paço, Beraldo, Zaqe (Markinyos, 71), Zair-Emeri, Vitinya, Li Kan İn (Dembele, 70), Asensio (Barkola, 71), Ramuş (Kolo Muani, 20), Mbaye (Neveş, 46).

Monako – Sent-Etyen 1:0
Minamino, 28. (14250)
Monako: Kyon, Vanderson, Kerer, Salisu, Yakobs, Minamino, Kamara, Zakariya (Maqassa, 76), Ben Seqir (İlenihena, 81), Embolo, Baloqun (Akliuş, 69).

Brest – Marsel 1:5
Kamara, 45+6 – Qrinvud, 3; 32-p. Luis Enrike, 26; 48. Vai, 69-p. (14962)
Brest: Bizot, Lala, Şardonne, Le Kardinal, Amavi (Zoqbe, 84), Marten (Mbok, 70), Kamara, Pereyra Laqe (Kamblan, 70), Del Kastilyo, Ajork (Fevr, 64), Le Duaron.

Reyms – Lill 0:2
Diakite, 45+30. Devid, 90+3. (14755)
Lill: Şevalye, Santoş, Mandi (Menye, 73), Diakite, Aleksandro, İsmaili (Qudmundsson, 83), Kabella (Mbappe, 83), Mukau (Buaddi, 73), Qomes (Haraldsson, 46), Sahraui, Bayo (Devid, 46).

Oser – Nitsa 2:1
Raveloson, 44. Kulibali, 90+5 – Şo, 21. (16354)

Renn – Lion 3:0
Burijo, 19. Quiri, 21. Meyster, 90+1. (26026)

Monpelye – Strasbur 1:1
Savanye, 67-p. – Diarra, 58. (15500)

Anje – Lans 0:1
Said, 28. (14811)

Tuluza – Nant 0:0
(25491)

Bombardirlər: Luis Enrike, Qrinvud (hər ikisi “Marsel”) – 2.

Növbəti turun oyunları avqustun 23-25-i aralığında keçiriləcək: PSJ – Monpelye, Lion – Monako, Lill – Anje, Sent-Etyen – Havr, Lans – Brest, Nitsa – Tuluza, Strasbur – Renn, Nant – Oser, Marsel – Reyms.

Turun rəqəmi
1 – PSJ 2016-cı il noyabrın 5-dən bəri Liqa 1-də 85-ci dəqiqədən sonra ən azı üç qol vuran ilk komandadı. Həmin vaxt “Monako” – “Nansi” oyununda “knyazlar” eyni uğura nail olmuşdu.
Turun ulduzu
Meyson Qrinvud (Marsel) – ingiltərəli hücumçu komandasının qələbəsinə iki qol və bir məhsuldar ötürmə ilə töhfə verdi. Ötən mövsüm “Xetafe”nin heyətində yetərincə yaxşı təsir bağışlayan Meyson indi də Fransa publikasının qəlbini fəth etməkdədi.
Turun sitatı
Anxel Qomes, “Lill”in yarımmüdafiəçisi: “Artıq evdəyəm. Özümü normal hiss edirəm. Tibb korpusumuzun mənə yardım edən bütün nümayəndələrinə təşəkkür etmək istəyirəm. Ağılsız toqquşma idi, futbolda belə şeylər olur. Əsas odu ki, sağlıq durumum qaydasındadı, komandam isə qalib gəlib. Hər iki komandanın fanatlarına təşəkkür edirəm. Mənə bir daha hava mübarizəsinə girişməməklə bağlı xəbərdarlıq edin”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-04-2024, 22:0

“Lion” qələbə topunu 90+15-ci (!) dəqiqədə vurdu - TURUN İCMALI

Dünya futbolu

6-09-2023, 20:0

“Knyazlar” zirvədədi, PSJ ilə “Marsel” onları təqib edir - TURUN ŞƏRHİ

Dünya futbolu

27-02-2024, 23:0

PSJ məğlubiyyətdən qaçdı, “Brest” ilə “Monako” hərəyə üç qol vurdu – TURUN ŞƏRHİ

Dünya futbolu

8-05-2024, 20:0

“Monako” ÇL-ə vəsiqəni təmin etdi

Dünya futbolu

13-03-2024, 19:0

PSJ xal itirsə də, yenə də izləyicisi ilə fərq artdı – TURUN ŞƏRHİ

Dünya futbolu

15-11-2023, 21:0

PSJ zirvəyə qayıtdı, “Lion” ilk qələbəsini qazandı – TURUN ŞƏRHİ

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 220
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə