Qara Qarayev “Zirə”yə keçir? – klub rəsmisi açıqladı

21.08.2024 18:26 1 608
Ölkə futbolu / Manşet
“Neftçi”dən ayrılması gözlənnilən Qara Qarayev “Zirə”yə keçə bilər.

Ötən il “Qarabağ”dan ayrılmaq ərəfəsində onu “gözaltı edən” “qartallar” təcrübəli futbolçunun transferini bu dəfə reallaşdırmaq niyyətindədi. İddialara görə, transfer "Zirə"nin “Omoniya”ilə keçirəcəyi Konfrans Liqasının pley-off görüşlərindən sonra həyata keçiriləcək. “Zirə” həm də Qarayevin “Neftçi”dən rəsmi şəkildə ayrılmasını gözləyir.

Bəs “Zirə” Qaranı transfer siyahısına salıbmı? Klubun meneceri Elman Himayətoğlunun “Football-plus.az”a cavabı belə oldu:
“Yox, belə bir məlumat yoxdu. Yəni Qaranın bizim komandaya keçidi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”.


RÖYANƏ OĞUZ