“Football-plus.az” xəbər verir ki, mətbuat və sosial şəbəkələrin ictimailəşdirdiyi bilgiyə inansaq, “qartallar” hücum xəttini məhz albaniyalı hücumçuyla gücləndirmək istəyir. O da bildirilir ki, futbolçu özü bu keçidə “yox” demir. Çünki ona “Qarabağ”da yetərincə şans tanınmır.
“Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə əlaqə saxladıq:
“Xeyr, məlumat həqiqətəuyğun deyil. Biz bu məsələ ilə bağlı, ümumiyyətlə, “Qarabağ”a müraciət etməmişik. Komandaya yeni futbolçuların cəlb edilməsiylə bağlı mövzu aktual deyil. Bu barədə yayda düşünəcəyik”.
KƏNAN BAHADIR





