Kristian Asllani klubu ilə yenidən anlaşıb.
Yarımmüdafiəçi “İnter” ilə yeni - uzunmüddətli müqavilə imzalayıb. İtaliya klubunun saytının yaydığı xəbərə görə, 22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədər artırılıb.
Asllani “İnter”ə 2022-ci ilin yayında “Empoli”dən keçib. Onun Albaniya yığması ilə bu il Almaniyada keçirilən Avropa çempionatında iştirak etdiyini də xatırladaq.