Klubu ilə yenidən anlaşdı

3.10.2023 19:30 228
Dünya futbolu
“Borussiya” rəhbərliyi Ceymi Baynou-Gittenslə yeni müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, Dortmund klubunun saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, Baynou-Gittens “Borussiya”ya 2020-ci ilin yazında azad agent kimi “Mançester Siti”dən keçib. O, bu mövsüm Almaniya çempionatının 3 matçında iştirak edib.