• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zalevskinin əvəzinə Şallai transfer edildi

Dünya futbolu

15-09-2024, 15:0

Transfer dönəminin son günlərində müdafiənin cinahını gücləndirmək istəyən “Qalatasaray” bütün diqqətini “Roma”lı Nikola Zalevskiyə yönəltmişdi.

Hətta şayiələrə inansaq, “Cim-Bom” məhz Zalevskiyə üstünlük verdiyindən Filip Kostiç uğrunda mübarizədə “Fənərbaxça”ya məğlub oldu. Amma rəhbərlik bu transferin böyük bir “sabun operası”na çevriləcəyini və ən əsası sonda polşalı futbolçunun kaprizləri üzündən baş tutmayacağını bilsəydi, bəlkə də bu məsələyə bu qədər vaxt ayırmazdı.

“Qalatasaray” rəsmiləri transferi tamamlamaq və İstanbula Zalevski ilə birlikdə qayıtmaq üçün çərşənbə axşamı İtaliyanın paytaxtına yollandılar. Həmin gündən etibarən Türkiyə mətbuatında bu transferlə bağlı müxtəlif şayiələr yayılmağa başladı. Bir ara artıq anlaşmanın əldə olunduğu bildirildi. Hətta guya Zalevski o qədər sevinirmiş ki, çərşənbə günü bu transferi qeyd etmək üçün dostlarıyla birlikdə kiçik məclis də təşkil edibmiş. Sonradan guya klublar arasında maliyyə baxımından anlaşma əldə olunmadı.

Amma reallıq tam başqa cür imiş. Bilindiyi kimi, 22 yaşlı futbolçu “Roma” ilə müqaviləsinin son ilinə qədəm qoyub. Yəni onun müqavilə müddəti gələn yay başa çatacaqdı. Bu üzdən Zalevski Türkiyə çempionundan böyük pullar tələb etməyə başladı. “Sarı-qırmızılar” “Roma”ya “8+3” milyon avro təklif etdilər və klublar arasında dərhal razılıq əldə olundu. Zalevski isə İtaliyada illik 500 min avrodan da az qazanmasına baxmayaraq “Qalatasaray”ın 2,5 milyon avroluq təklifini bəyənmədi! O, “Aslan”dan illik 3,2 milyon avro maaş olmaqla dördillik müqavilə, üstəlik 500 min avro imza parası və bonuslar tələb etdi.

İtaliyada iki gün keçirən və bu şərtlərin ağır olduğu qənaətinə gələn “Qalatasaray” rəsmiləri cümə axşamı danışıqları dayandıraraq masadan qalxdılar. Zalevskinin bu hərəkəti “Roma” rəhbərliyinin də səbrini daşırdı. Çünki futbolçu “canavalar”ın da yeni müqavilə təklifini geri çevirdi. Bu şərtlər altında onun yanvarda istənilən klubla danışıqlar aparmaq fürsəti olacaq. “Roma” rəhbərliyinin qərarı ilə Zalevski əsas komandadan kənarlaşdırılıb! Onun qışda özünə “Qalatasaray”dan daha yaxşı şərtlər təklif edən bir klub tapıb-tapmayacağını isə zaman göstərəcək.
Bu transferin baş tutmaması “Qalatasaray” fanatlarının etirazına səbəb oldu.

Sosial şəbəkədə rəhbərliyə qarşı böyük etiraz dalğası baş qaldırdı. Fanatları narazı salan daha bir məqam odu ki, bu yay Kərəm Aktürkoğlu, Tete, Zaha kimi önəmli cinah oyunçularının ayrılmasına baxmayaraq, onların yerinə heç kim transfer edilmədi. Dünən, yəni Türkiyədə “transfer pəncərəsi”nin bağlandığı son gündə daha iki mühüm olay baş verdi.

Təzyiqlərin artması üzündən idman direktoru Cenk Ərgün istefa verdi! Son iki ildə komandaya mühüm oyunçuları cəlb edən Ərdən Timurun bu yay rəhbərlikdən ayrılmasının ardından Cenk Ərgün transferlərdə daha fəal rol oynamağa başlamışdı. Ən maraqlısı odu ki, rəhbərlik bu həftənin əvvəlində Ərgünlə ikiillik yeni müqavilə imzalamışdı! Əvvəlki illərdə fərqli dönəmlərdə “Qalatasaray”da işləmiş 48 yaşlı Ərgün 2022-nin iyununda idman direktoru vəzifəsinə gətirilmişdi.

Digər önəmli xəbər isə odu ki, “Cim-Bom” Zalevskinin əvəzinə son gündə “Frayburq”lu Roland Şallaini transfer etdi. Dördillik müqavilə imzalanan Macarıstan yığmasının üzvünün keçidi istanbullulara 6 milyon avroya başa gəldi. Bu məbləğ 3 il ərzində ödəniləcək. Onun maaşı 2,5 milyon avro təşkil edəcək. Amma Zalevskidən fərqli Şallai hücumameyilli futbolçudu. O həm vinger, həm də mərkəz yarımmüdafiəçisi kimi oynaya bilir. Karyerasına “Puşkaş”da başlayan, daha sonra “Palermo” və APOEL-də top qovan 27 yaşlı futbolçu 2018-dən bəri “Frayburq”da çıxış edirdi.

Almanlar 6 il öncə onu 4,5 milyon avroya transfer etmişdilər. Şallai 2023/24 mövsümünü 37 oyun, 8 qol, 4 məhsuldar ötürmə göstəriciləri ilə tamamlayıb.
“Qalatasaray” haqda daha iki xəbəri qeyd edək. Mərakeş yığmasının heyətində zədələnən Hakim Ziyeş 3 həftəliyə sıradan çıxıb. Bundan başqa, Xəlil Dərvişoğlu “Qaziantep”ə birilliyə icarəyə verilib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-09-2024, 20:0

''Qalatasaray'' ''Roma''nın üzvünə təklif göndərdi

Dünya futbolu

25-07-2024, 17:0

''Qalatasaray'': bir ayrılıq, bir yeni transfer

Dünya futbolu

20-01-2023, 23:0

FİFA “Qalatasaray”ı niyə cəzalandırdı?

Dünya futbolu

20-07-2023, 20:0

''Fənərbaxça'' ''Qalatasaray''ın yetirməsini transfer edir

Dünya futbolu

1-08-2023, 16:0

“Fənərbaxça”dan növbəti transfer

Dünya futbolu

8-08-2024, 20:0

''Spartak''dan ''Qalatasaray''a 10 milyonluq təklif

Aktual
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
“Qarabağ”ın səfər oyunu göstəriləcək!
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
Son xəbərlər
  • Bu gün, 17:30
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Dünən, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Dünən, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Dünən, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 221
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə