Türkiyədə bu transfer dönəminin ən diqqətçəkən komandası olan və heyətini Ceko, Tadiç kimi ulduzlarla gücləndirən ''Fənərbaxça'' indi də sürpriz bir ismi transfer etməyə çalışır.
“Football-plus.az” xəbər verir ki, belə ki, ''sarı-lacivərdlilər'' ''Marsel''də forma geyən Bartuğ Elmazı heyətə qatmaq üzrədilər. 2003-cü il təvəllüdlü yarımmüdafiəçi danışıqlar üçün İstanbula gəlib. Fransa mətbuatının yazdığına inansaq, ''Fənər'' bu transferə görə ''Marsel''ə 1,2 milyon avro, eləcə də sonrakı satışdan əldə olunacaq pulun 20 faizini verəcək. Əslində 20 yaşlı istedadlı oyunçu hələ özünü yüksək səviyyədə sübut etməyib. Ötən mövsüm o, ''Marsel''də cəmi 1 rəsmi oyun keçirə bildi. Bu transferi maraqlı edən odu ki, Bartuğ ''Qalatasaray''ın yetirməsidi və 2013-cü ildən ''Cim-Bom''un akademiyasında top qovub. O, 2020-dən etibarən əsas komandaya cəlb olunmağa başlamışdı. Amma ''Qalatasaray''ın əsas komandasında özünü heç cür göstərə bilməyərək cəmi 2 oyun keçirdi. Ötən yay Bartuğ ''Qalatasaray''la müqaviləni yeniləməkdən boyun qaçırmış və sərbəst oyunçuya çevrilərək Fransaya yollanmışdı.
ƏLİ