London klubunda yeni qapıçı

30.08.2024 19:11 271
Dünya futbolu
“Çelsi” daha bir oyunçu alıb.

London klubu “Genk”in və Belçikanın U-19 yığmasının qapıçısı Mayk Pendersi transfer edib. İngiltərə klubunun saytının yaydığı xəbərə görə, 19 yaşlı qolkiperlə müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Mayk cari mövsümü Belçika klubunda keçirdikdən sonra gələn yay “Çelsi”yə qoşulacaq.

Penders 2023/24 mövsümündə ölkəsinin 2-ci divizionunda 25 oyunda meydana çıxıb və 42 qol buraxıb.