Niderland yığmasının oyunçusu Natan Ake zədələnib.
29 yaşlı müdafiəçi Millətlər Liqasının 2-ci turunun Almaniya ilə matçında (2:2) sıradan çıxıb. Oyuna davam edə bilməyən Natan meydandan xərək vasitəsilə çıxarılıb. Niderlad millisinin baş məşqçisi Ronald Kumanın sözlərinə görə, onun əzələsi zədələnib.
Qeyd edək ki, Ake cari mövsümdə “Mançester Siti”nin heyətində 2 oyun keçirib.