Yığmanın düşərgəsini tərk etdi

10.09.2024 22:54 161
Dünya futbolu
Almaniya yığmasının hücumçusu Niklas Füllkruq zədələnib.

"Football-plus.az" xəbər verir ki, Onun Millətlər Liqasının qrup məhələsinin 2-ci turunun Niderlandla oyununda iştirak edə bilməyəcəyi xəbər verilib. 31 yaşlı futbolçu zədə səbəbindən milli komandanın düşərgəsini tərk edib.

Füllkruq 2022-ci ildən Almaniya millisinin üzvüdü. O, Millətlər Liqasının 1-ci turunun Macarıstanla matçında (5:0) hesabı açmış və 60-cı dəqiqədə əvəzlənmişdi.