Seneqalda Sadio Maneyə görə böyük narahatlıq hökm sürür. Milli komandanın aparıcı oyunçusu zədələnib.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın 30 yaşlı hücumçusu bundesliqanın 14-cü turunun “Verder”lə matçında (6:1) sıradan çıxıb. O, 21-ci dəqiqədə Leroy Sane ilə əvəzlənib. Manenin DÇ-2022-nin startınadək sağalıb-sağalmayacağı hələ ki məlum deyil. Buna baxmayaraq, onun adı milli komandanın iştirak ərizəsinə daxil ediləcək. Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Seneqal millisi A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.