“Barselona”nın daha bir oyunçusu zədə alıb.
"Football-plus.az" xəbər verir ki, “Real” üzərində qələbə (2:1) komandanın iki oyunçusunun - müdafiəçi Ronald Arauxo ilə yarımmüdafiəçi Frenki de Yonqun sıradan çıxması hesabına başa gəlmişdi. Danimarka millisinin oyunçusu Andreas Kristensen AÇ-2024-ün seçmə mərhələsinin Finlandiya ilə oyununda (3:1) zədələnib. 18-ci dəqiqədə meydanı tərk edən müdafiəçinin bud nahiyəsində problem aşkarlanıb. İlkin ehtimallara görə, o, təxminən 3-4 həftə oynaya bilməyəcək. Kristensen artıq “Barselona”nın düşərgəsinə qayıdıb.