“Bavariya”da növbəti ciddi itki

31.01.2024 13:29 167
Dünya futbolu
“Bavariya”nın daha bir oyunçusu sıradan çıxıb.

Kinqsli Koman da zədələnib. 27 yaşlı yarımmüdafiəçi bundesliqanın 19-cu turunun “Auqsburq”la matçında (3:2) sıradan çıxıb. Tibbi müayinədən sonra onun təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

Yeri gəlmişkən, Koman bu mövsüm “Bavariya”nın heyətində 24 matça çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.