"Mançester Yunayted"in oyunçusu sıradan çıxdı

31.03.2022 20:50 413
Dünya futbolu
“Mançester Yunayted”in oyunçusu Edinson Kavani zədələnib.

Uruqvay millisinin 35 yaşlı hücumçusu DÇ-2022-nin seçmə mərhələsinin Çili ilə son matçında (2:0) sıradan çıxıb.

Oyuna davam edə bilməyən Kavani 29-cu dəqiqədə meydanı tərk edib. Əvəzləndikdən sonra ağrıyan ayağını tutan futbolçunun zədəsinin ciddi olduğu ehtimal edilir.