Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət millimiz hazırlığın ikinci mərhələsində iki yoldaşlıq oyunu keçirəcək.
"Football-pus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumatı yayıb.
Ruy Jorjenin komandası hər iki görüşdə İraq yığması ilə qarşılaşacaq. İlk oyun noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutacaq və saat 19.00-da başlanacaq. Komandalar arasında ikinci matç noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşma isə saat 16.00-da start götürəcək.
Nyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.
U-20 millimiz İraqla iki yoldaşlıq oyunu keçirəcək
Ölkə futbolu





