Bu yay “Yuventus”u tərk edən oyunçuların sırasına daha biri qoşulub.
İtaliya klubu Fabio Mirettini icarəyə göndərib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, 21 yaşlı mərkəz yarımmüdafiəçisi 2024/25 mövsümünün sonuna qədər icarə əsasında “Cenoa”da oynayacaq. İcarə müqaviləsində birdəfəlik almaq variantının nəzərdə tutulmadığı vurğulanıb.
Qeyd edək ki, Miretti Turin klubunun yetirməsidi. O, “Yuventus”un əsas komandasında bütün turnirlərdə 75 matçda iştirak edib, 2 qol vurub və 5 qolun ötürməsini verib.