“Yuventus”u müvəqqəti tərk etdi

1.09.2024 18:14 287
Dünya futbolu
Mattia De Şilyo “Yuventus”u müvəqqəti tərk edib.

Turin klubu müdafiəçini icarəyə verib. 31 yaşlı futbolçu “Empoli”yə keçib. Onun bu klubla imzaladığı müqavilənin müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Mattia “Yuventus”a 2017-ci ildən məxsusdu. O, ötən mövsüm komandada yalnız 1 oyun keçirib. Buna futbolçunun ağır zədə alması olub. De Şilyonun daha əvvəl icarə qaydası ilə “Lion”da oynadığını da xatırladaq.