“Yuventus”u müvəqqəti tərk etdi

23.08.2024 12:26 320
Dünya futbolu
Daniele Ruqani “Yuventus”u müvəqqəti tərk edib.

İtaliya klubu futbolçusunu icarəyə verib. Turin klubunun mətbuat xidmətinin məlumatına görə, 30 yaşlı müdafiəçi “Ayaks”a keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Daniele 2013-cü ildən “Yuventus”un formasını daşıyırdı. O, yetirməsi olduğu klubun əsas komandasında 177 oyuna çıxıb. Futbolçunun müxtəlif klublara icarəyə verildiyini də bildirək.