Mançesteri yenə tərk etdi

5.08.2024 19:34 340
Dünya futbolu
Yan Kouto “Mançester Siti”ni növbəti dəfə tərk edib.

“Football-plus.az” xəbər verir ki, Dortmund “Borussiya”sı müdafiəçini icarəyə götürüb. Braziliyalı futbolçu 2024/25 mövsümündə icarə əsasında Almaniya klubunda oynayacaq. “Borussiya”nın gələn yay 22 yaşlı oyunçunu birdəfəlik almaq hüququ var.
Kouto ötən mövsümü icarə əsasında “Jirona”da keçirib.

O, İspaniya klubundə 38 matçda meydana çıxıb, 2 qol vurub və 10 qolun ötürməsini verib.