Yeni mövsümdə “Çelsi”yə lazım olmadı

1.09.2024 19:17 291
Dünya futbolu
“Everton” heyətinə yeni futbolçu cəlb edib.

Liverpul klubu “Çelsi”dən Armando Broyanı icarəyə götürüb. 22 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Broya “Çelsi”nin yetirməsidi. Onun London klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyun ayının sonuna qədərdi. Armando ötən mövsüm “Çelsi”də bütün turnirlərdə 19 oyun keçirib, komandaya 2 qol və 1 məhsuldar ötürmə ilə fayda verib.