Milli komandada vahid rekordçu oldu

14.11.2026 21:20 0
Dünya futbolu
Harri Keyn İngiltərə yığmasında yeni rekorda adını yazdırıb.

"Football-plus.az" xəbər verir ki, o, yığmanın Millətlər Liqasında Xorvatiyanı məğlub etdiyi (2:1) oyunda milli komandanın tarixinə düşüb. 33 yaşlı hücumçu yığmada ən çox – 126 oyun keçirən futbolçu olub.

Harri bu göstəricidə 125 oyun keçirən Piter Şiltonu arxada qoyub. Xatırladaq ki, Şilton 1970-90-cı illərdə yığmanın qapısını qoruyub.