“Çelsi”ni daha bir futbolçu tərk edib.
"Football-plus.az" xəbər verir ki, “Milan” heyətini Ruben Loftus-Çik ilə gücləndirib.
İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalandığını açıqlayıb. Daha əvvəl “Milan”ın ingilis futbolçu üçün 15 milyon avro və müxtəlif bonuslar ödəyəcəyi xəbər verilmişdi.
Qeyd edək ki, Ruben “Çelsi”nin yetirməsidi. O, London klubu ilə premier-liqanın, Avropa Liqası və UEFA Superkubokunun qalibi olub. Loftus-Çik ötən mövsüm premier-liqada 25 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.