“Çelsi” transferlərdən doymur.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu tezliklə heyətinə daha bir oyunçu cəlb edəcək.
“Lids”in yarımmüdafiəçisi və ABŞ millisinin kapitanı Tayler Adams karyerasını paytaxt komandasında davam etdirəcək. Tanınmış insayder Fabritsio Romanonun yaydığı məlumatda London klubunun artıq 24 yaşlı futbolçu ilə razılığa gəldiyi bildirilib. “Çelsi” bu keçidə görə 23 milyon avro ödəyəcək. Tayler artıq yeni klubu üçün tibbi müayinədən keçib. O, son mövsümdə “Lids”in heyətində bütün turnirlərdə 28 oyunda meydana çıxıb.