Paytaxt klubunda yeni müqavilə

4.09.2022 22:10 288
Dünya futbolu
“Çelsi”də yeni müqavilə reallaşıb.

Paytaxt klubu Armando Broya sözləşmənin müddətini artırıb. “Çelsi”nin saytının yaydığı xəbərə görə, 20 yaşlı hücumçu 2028-ci ilin yayına qədər göy formanı geymək hüququ qazanıb.

Qeyd edək ki, Broya londonlulara 2020-ci ildən məxsus olsa da son iki mövsümü icarə əsasında “Vitess”də və “Sauthempton”da keçirib. Alban futbolçu bu mövsüm İngiltərə premyer-liqasında 4 oyunda meydana çıxıb.