“Çelsi”dən “Mançester Yunayted”ə keçdi

30.06.2023 20:51 242
Dünya futbolu
Meyson Maunt “Çelsi”ni tərk edib.


"Football-plus.az" xəbər verir ki, gənc futbolçu “Mançester Yunayted”ə keçib. İngiltərə mənbələri yeni klubunun bu keçid üçün londonlulara 69 milyon avro ödədiyini xəbər verib. 24 yalı yarımmüdafiəçinin “Çelsi” ilə müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədər idi.

Meyson son mövsümdə paytaxt komandasında bütün turnirlərdə 35 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.