Maksimo Perrone “Mançester Siti”ni müvəqqəti tərk edib.
"Football-plus.az" xəbər verir ki, gənc futbolçu icarə əsasında “Las Palmas”a keçib. Onun İspaniya klubu ilə bağladığı müqavilənin müddəti 2024-cü il iyunun 30-na kimi nəzərdə tutulub. 20 yaşlı argentinalı yarımmüdafiəçi MS-yə bu ilin yanvarında “Velesa”dan keçib. Perrone klubun əsas komandasında 2 oyun keçirib.
İngiltərə çempionunu müvəqqəti tərk etdi
Dünya futbolu




