“Yuventus”u müvəqqəti tərk etdi

31.08.2023 23:59 187
Dünya futbolu
Kayo Jorje “Yuventus”u müvəqqəti tərk edib.

“Football-plus.az” xəbər verir ki, klubu gənc futbolçunu icarəyə verib. O, karyerasını A seriyasının digər təmsilçisi “Frozinone”də davam etdirəcək. 21 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.
Braziliyalı futbolçu Turin klubuna 2021-ci ildə “Santos”dan transfer olunub. Kayo ötən mövsüm bütün turnirlərdə 11 oyun keçirib.