“Milan”dan müvəqqəti ayrıldı

29.08.2024 16:08 272
Dünya futbolu
Yasin Adli “Milan”dan müvəqqəti ayrılıb.

Klubu onu icarəyə verib. 24 yaşlı yarımmüdafiəçi “Fiorentina”ya keçib. Florensiya klubunun mətbuat xidmətinin məlumatına görə, fransalı futbolçu ilə icarə müqaviləsinin müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub. Sözləşməyə birdəfəlik transferlə bağlı bənd də daxildi.

Qeyd edək ki, Adli 2021-ci ildən “Milan”ın futbolçusudu. O, bu komandada 39 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.