İki ildən sonra “Portu”ya qayıtdı

30.08.2024 20:53 278
Dünya futbolu
Fabio Vieyra “Arsenal”ı müvəqqəti tərk edib.

London klubu futbolçusunu icarəyə verib. Portuqaliyalı yarımmüdafiəçi “Portu”ya keçib. Portuqaliya klubunun mətbuat xidmətinin məlumatında 24 yaşlı oyunçunun 2024/25 mövsümünü “Portu”da keçirəcəyi bildirilib.

Xatırladaq ki, “Arsenal” Vieyranı 2022-ci ilin yayında “Portu”dan transfer edib. O, londonluların heyətində 49 rəsmi matçda meydana çıxıb, 3 qol vurub və 9 məhsuldar ötürmə edib.